Astara sakinlərindən qanunsuz odlu silahlar götürülüb

Astara sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı cari ilin əvvəlindən keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə Astara Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47