"ASAN xidmət"də ölüm hadisəsi baş verib

Bakı. 14 mart. REPORT.AZ/ Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional ASAN xidmət mərkəzində ölüm hadisəsi baş verib. 

"Report" xəbər verir ki, "ASAN xidmət" mərkəzinin notarial xidmətindən istifadə edən yaşlı kişinin vəziyyəti qəflətən pisləşib. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaq, 70 yaşlı Quliyev Nazim Sədi oğlu dünyasını dəyişib.

Onun ürəktutmadan öldüyü güman edilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54