Bakı. 17 oktyabr. REPORT.AZ/ “ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Nurəddin Quliyev, Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zairovun cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.
"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.
Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsəsən, həmin şəxslər bu il həbs edilib.