"Aquavita" zavodunun işçisi hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Gecə saatlarında Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, qəsəbədə yerləşən "Aquavita" zavodunun 1996-cı il təvəllüdlü işçisi Hümbətov Bilal hündürlükdən yerə yıxılıb.

Yaralı qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14