​Ali Məhkəmənin hakimi vəkil Elçin Sadıqovdan şikayət edib

Bakı. 1 aprel. REPORT.AZ/ Ali Məhkəmənin hakimi Fərhad Kərimov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib.

Bu barədə "Report"a vəkilin özü məlumat verib.

Vəkilin sözlərinə görə, bu gün intizam icraatına Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətində baxılacaq.

Qeyd edək ki, E.Sadıqov jurnalist Pərviz Həşimlinin hüquqlarını müdafiə edib. P.Həşimli martın 18-də Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla azadlığa buraxılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39