Ali Məhkəmə bəzi inzibati və mülki işlər üzrə məhkəmə aidiyyəti məsələsinə aydınlıq gətirib

Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətindəki fəaliyyətinin daha səmərəli həyata keçirilməsini təmin etmək üçün Plenum qərarlarının təkmilləşdirilməsi işi qarşıda duran daimi vəzifələrdən biri kimi çıxış edir.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmə Plenumu qəbul etdiyi yeni Qərarda məhkəmələr tərəfindən baxılan bəzi işlərə mülki və ya inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyünə aydınlıq gətirilib.

Sözügedən Qərarda əsas dəyişiklikləri diqqətinizə təqdim edirik:

Sonda məhkəmələrə tövsiyə olunub ki, prosessual qənaətə nail olmaq üçün bu Qərarın qəbulu ilə yaranan aidiyyətlə əlaqədar şərtlərin dəyişməsi hallarında, icraatlarında olan mübahisələrə münasibətdə hər bir fərdi işin xüsusi hallarını və aparılmış araşdırmanın həcmini nəzərə almaqla həmin işlərə baxılmasını davam etdirsinlər.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54