Ağsuda zəlzələ olub

Kürdəmir stansiyasından 17 km şərqdə  Ağsu rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, yerli vaxtla saat 07:59-da qeydə alınan zəlzələnin ocağı 41 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.4 bərabər olan zəlzələ hiss olunmayıb.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05