Ağsuda zəlzələ olub

Bakı. 11 fevral. REPORT.AZ/ Ağsu rayonunda zəlzələ baş verib.  

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

Yeraltı təkan yerli vaxtla saat 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə qeydə alınıb. 

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41