Ağsuda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO - VİDEO - YENİLƏNİB

Ağsu. 28 yanvar. REPORT.AZ/ Ağsu rayonunda qanunsuz ov edən 3 nəfər saxlanılıb.

"Report"un yerli bürosunun məlumatına görə, saxlanılanlar "Qırmızı kitab"a düşmüş heyvanların ovlanmasında təqsirli bilinirlər.

Belə ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kəndoba kəndinin sakinləri - 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğlu qanunsuz ov etdiklərinə görə saxlanılıblar. 

Həmin şəxslər adları "Qırmızı kitab"a düşən quşları ovlayıblar. Saxlanılanlardan 3 ədəd ov tüfəngi götürülüb.  



***13:28

Ağsu rayonunda qanunsuz ov edən 3 nəfər saxlanılıb.

"Report"un yerli bürosunun məlumatına görə, saxlanılanlar "Qırmızı kitab"a düşmüş heyvanların ovlanmasında təqsirli bilinirlər.

Qanunsuz ovla məşğul olanlar qoruq ərazisində aşkarlanıblar.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56