​Ağsuda "Mercedes" yanıb

Bakı. 14 iyul. REPORT.AZ/ Ağsu şəhərində yanğın hadisəsi baş verib. 

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Məlumata görə, Ağsu şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48