Ağsuda fərdi yaşayış evi yanıb

Ağsu rayonunda vətəndaşa məxsus fərdi yaşayış evi yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Pirhəsənli kəndində qeydə alınıb.

Kənd sakini Atakişiyev Şəmilə məxsus 1 mərtəbəli 4 otaqdanda ibarət olan evin 2 otağı əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Ağsu rayon dövlət yanğından mühafizə idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Fakt araşdırılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48