Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var

Ağsuda avtomobil qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, “QAZ-31” markalı avtomobil “Mercedes”lə toqquşub.

Hadisə nəticəsində Göyçay rayon İnçə kənd sakini, 1959-cu il təvəllüdlü Mehdiyev Əkbər Ələkbər oğlu və Ağsu rayon sakini, 1992-ci il təvəllüdlü Zərbəliyev Fuad Məmmədşah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar. Ə.Mehdiyevin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41