Ağsuda iki avtomobil toqquşub, ölən var - YENİLƏNİB

Ağsuda baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, oktyabrın 28-də saat 21 radələrində Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində “KIA” və “JAC” markalı avtomobillər toqquşub.

Nəticədə “KIA”nın sürücüsü, 1991-ci il təvəllüdlü Tehran Səlimov aldığı xəsarətlərdən vəfat edib. Araşdırma aparılır.

21:45

Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Səlimov Tehran Nəriman oğlu "KIA" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

T.Səlimov elə hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51