Ağsuda 65 yaşlı qadını avtomobil vurub

Ağsuda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1956-cı il təvəllüdlü Mehdiyeva Məleykə Salay qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol kürək nahiyəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər