Ağsuda 20 yaşlı gənc hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Ağsu rayonunda 20 yaşlı gənc hündürlükdən yıxılıb. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun Ərəbmehdibəy kənd sakini, 1999-cu il təvəllüdlü Fuad Qiyas oğlu Osmanov ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Ona qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sol budun açıq sınığı diaqnozu qoyulub. 

Xəstənin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47