Ağsu sakinindən silah götürülüb

Ağsu sakini silahını könüllü olaraq polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, vətəndaşlara edilən müraciət və aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq Ağsu rayon Növcü kənd sakini Nəcəf Məmmədov qanunsuz olaraq saxladığı 24 çaplı, tək lüləli ov tüfəngini könüllü olaraq polis şöbəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26