Ağsu sakini su quyusuna düşərək ölüb

Ağsu. 16 yanvar. REPORT.AZ/ Ağsu rayon sakini su quyusuna düşərək ölüb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə yanvarın 15-də rayonun Pirhəsənli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Təbriz Mehralıyev ehtiyyatsızlıqdan həyətindəki su quyusuna düşərək ölüb. Meyit quyudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda yanğın baş verib 03 avqust, 2026 / 21:20