Ağstafada piyadanı avtomobil vuraraq öldürüb 

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Poylu stansiyası ərazisində qeydə alınıb.

Müxtəlif bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü Elçin Bədirxan oğlu Xəlilov hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılıb.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05