Ağstafada yerli sakini elektrik cərəyanı vurub

Ağstafa rayonunda orta yaşlı kişini elektrik cərəyanı vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xətai kəndində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Eminov Orxan Paşa oğlu iş görən zaman ehtiyatsızlıq edib. Bu zaman onu elektrik cərəyanı vurub. O.Eminov Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19