​Ağstafada biçilmiş taxıl sahəsi yandırılıb

Bakı. 15 avqust. REPORT.AZ/ Ağstafa rayonunda əkin sahəsi yandırılıb.

“Report”un xəbərinə görə, hadisə rayonun Göycəli kəndində qeydə alınıb.

Məlumata görə, 10-a yaxın kənd sakininə məxsus 20 hektar biçilmiş taxıl sahəsi qəsdən yandırılıb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyi və rayon polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03