Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Şamil Musayev və daha 1 nəfər (şəxsiyyəti müəyyənləşdirilir-red) xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19