Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eynallı kəndində baş verib.
Avtomobil qəzası zamanı xəsarət alan 2005-ci il təvəllüdlü T.Nağıyev və onun qohumu, 2000-ci il təvəllüdlü R.Nağıyev xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti qənaətbəxş və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.