Ağstafada avtomobil qadını vuraraq öldürüb

Ağstafa şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1949-cu il təvəllüdlü Raya Abdullayevanı avtomobil vurub.

Ağır xəsarətlər alan qadın xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37