Ağstafada avtomobil aşıb, beş nəfər xəsarət alıb

Ağstafa rayonunda avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayonunun Poylu kəndi ərazisində idarəetmədən çıxan "Ford" markalı avtomobil yol kənarına aşıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğalova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37