Ağstafada 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.
"Report" xəbər verir ki, Aşağı Kəsəmən kəndində yaşayan, 2010-cu il təvəllüdlü, Hüseynov Nəsir Ayaz oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vuran zaman cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.