Ağstafa xəstəxanasında pasiyentin 2 min manatı oğurlandı

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında oğurluq olub.

“Report”un xəbərinə görə, xəstəxanada müalicə olunan R.İsmayılovun 2 min manat pulu və qızıl üzüyü oğurlanıb.

Polisin araşdırması nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Əsədullayev saxlanılıb. Həmin şəxs R.İsmayılovla eyni palatada müalicə olunurmuş. 

Fakt üzrə araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03