Ağdaşda yol qəzası olub, xəsarət alan var

Ağdaş. 8 iyul. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ-21014" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildəki sərnişin, Bərdə rayon sakini, 1972-ci il təvəllüdlü Ramilə Sultanova müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14