Ağdaşda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Ağdaşda yol qəzası olub, ölən və xəsarət alanlar var.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Yanvarın 22-si saat 22 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-21011” və “Honda” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ-21011”in sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlu, onun 3 sərnişini, habelə digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. İ.Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23