Ağdaşda yol qəzası baş verib, 2 nəfər yaralanıb

Ağdaş. 31 may. REPORT.AZ/ Ağdaş-Mingəçevir yolunda avtomobil qəzası olub.

"Report"un yerli bürosunun məlumatına görə, nəticədə Yevlax sakinləri - 1993-cü il təvəllüdlü Manaflı Orxan İlqar oğlu və 1982-ci il təvəllüdlü Alışov Sırac İlham oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Meyxanaçı Ağakərim dəfn edilib 20 dekabr, 2025 / 11:46