Ağdaşda "Mercedes" yanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Ağdaş rayonunda "Mercedes" markalı minik avtomobildə yanğın baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 3 km aralı yerləşən Şordəhnə kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41