​Ağdaşda “Hummer” ağaca çırpılıb, 1 nəfər yaralanıb

Bakı. 4 avqust. REPORT.AZ/ Səhər saatlarında Ağdaş şəhərində “Hummer” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında ağaca çırpılıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan vətəndaşı çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 05:57-də başa çatıb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26