Bakı. 17 May. REPORT.AZ/ Ağdaş rayonu, Pirəyir kəndində yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Pirəyir kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 2 otaqlı evin tavanın yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.