Ağdaşda mənzil yanıb: ev sahibi tüstüdən zəhərlənib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Ağdaş şəhərində bu axşam yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 42 kv.m olan 3 otaqlı mənzilin bir otağı yanıb.

Yanğın zamanı ev sahibi tüstüdən zəhərlənərək yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılaraq adiyyatı üzrə təhvil verilib. Yanğın saat 19:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29