Ağdaşda 18 yaşlı gənc bıçaqlanıb

Ağdaş. 10 avqust. REPORT.AZ/ Ağdaş rayonunda 18 yaşlı gənc bıçaqlanıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.  

Belə ki, 1999-cu il təvəllüdlü, Yuxarı Ləki kənd sakini Aydın Qalib oğlu Qasımov mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən bir neçə bıçaq zərbəsi alan yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45