Ağdaşda 17 yaşlı gənc qıza görə bıçaqlanıb

Ağdaş. 27 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda 17 yaşlı gənc bıçaqlanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Aral-2 kəndində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Aral-2 kənd sakini Kənan Cavid oğlu Həsənov mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlanıb. Kürəyindən bıçaq zərbəsi alan yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Mübahisə qız üstündə olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39