Ağdaş sakini həmyerlisini bıçaqlayaraq öldürüb

Bakı. 9 noyabr. REPORT.AZ/ Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə noyabrın 8-də Ağdaş şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, rayon sakini Ramazan Qurbanov münaqişə zəminində həmyerlisi Bəkir Baxşəliyevi bıçaqlayaraq qətlə yetirib.

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Qurbanov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36