​Ağdamda polislər üç ədəd mina tapıb

Bakı. 22 aprel. REPORT.AZ/ Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları piyada əleyhinə 3 ədəd mina tapıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, polis əməkdaşları tərəfindən Əfətli kəndi ərazisindən keçən Qar-qar çayının sahilindən 3 ədəd “PME-3” markalı piyada əleyhinə mina tapılıb və bu barədə ANAMA-ya məlumat verilib.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05