Ağdamda iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağdam rayonunun Yüzbaşılı kəndi ərazisində iki avtomobil toqquşub, xəsarət alanlar var.

“Report”un Qarabağ Bürosunun verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan birinin vəziyyəti qismən ağır olduğu üçün o, Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralıların kimliyi və hadisənin necə baş verməsi araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14