Ağdamda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb - FOTO

Ağdam. 2 sentyabr. REPORT.AZ/ Ağdamda evdən oğurluq edən şəxs tutulub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məhərrəmova Şəkər İsa qızına məxsus evdən 140 manat pul və qızıl-zinət əşyaları oğurlayan Zeynalov Hüseyn Mübariz oğlu saxlanılıb.

H.Zeynalov istintaqa ifadəsində törətdiyi əməli etiraf edib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37