Ağdamda azyaşlını it dişləyib, xəstəxanaya yerləşdirilib

Ağdam rayonunda azyaşlı it dişləməsi səbəbilə xəstəxanaya yerləşdirilib.

"Report"un Qarabağ bürosunun hadisə şahidlərindən əldə etdiyi məlumata görə, hadisə rayonun Qərvənd qəsəbəsində baş verib.

2021-ci il təvəllüdlü S.H küçədə oynadığı zaman qəfil it hücumuna məruz qalıb. Üz nahiyəsindən yara alan azyaşlı Bərdə Mərkəzi xəstəxanasına çatdırılıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50