Ağdamda yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB

Ağdamda baş verən yol qəzası zamanı ölənlərin kimliyi məlum olub.

"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, iki avtomobilin toqquşması zamanı Ağdərə rayonunun Kolatağ kənd sakini, 1966-cı il təvəllüdlü Kərimov Surxay Şəmil oğlu və Cəsarət Hacıyev vəfat edib.

Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır

Digər xəbərlər