Ağdamda 3 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Ağdam. 7 noyabr. REPORT.AZ/ Ağdam rayonunun Xındırıstan kəndində 3 yaşlı uşaq yanıq xəsarətləri alıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə qaynar suyun ehtiyatsızlıqdan azyaşlı qız uşağının üzərinə dağılması nəticəsində baş verib.

Yanıq xəsartləri alan 2013-cü il təvəllüdlü Fatimə Mustafazadə Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlər azyaşlının vəziyyətini kafi qiymətləndirirlər.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47