Ağdamda 13 yaşlı yeniyetməni maşın vuraraq öldürüb - YENİLƏNİB - VİDEO

Video əlavə olunub


*** 14:19

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın kimliyi məlum olub.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bu, Ağdam rayonunda məskunlaşmış məcburi köçkün, 2006-cı il təvəllüdlü İbrahim Məmməd oğlu Abbasovdur. O, ağır vəziyytədə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib. Müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.


*** 13:39

Ağdam rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Əfətli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21099" markalı 02-BS-884 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 13 yaşlı yeniyetməni vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər