Ağdam sakini Bərdədə qəfildən ölüb

Bərdədə 63 yaşlı kişi qəfildən ölüb.

“Report”un xəbərinə görə, hadisə yanvarın 30-da, rayonun Zümürxan kəndi ərazisində yerləşən düşərgədə qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Hüseyn İsgəndərov yaşadığı düşərgə ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır. 

Digər xəbərlər