Ağcabədidə zəncirvari yol qəzasına səbəb olan şəxs rayonun Cümə Məscidinin keçmiş axundunun oğlu olub.
"Report"un Qarabağ Bürosunun xəbərinə görə, hadisəyə rayon sakini Rzayev Hacımirzə Mərdan oğlunun avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.
Qəza nəticəsində Hacımirzə Rzayevin daxili orqanlarının kəskin zədələnməsi, Cəfərov Rəhman Anar oglunun isə ayaqlarının müxtəlif dərəcəli sınıqları müəyyən edilib.
Qeyd edək, avtomobilin sürücüsü H.Rzayevin atası Mərdan Rzayev Ağcabədi rayonunun axundu vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Ağcabədi şəhərində zəncirvari yol qəzası olub.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, üç minik avtomobili toqquşub.
Qəza nəticəsində Ələkbərov Vahid Nail oglu hadisə yerində ölüb, Rzayev Hacımirzə Mərdan oğlu, Cəfərov Rəhman Anar oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.