Ağcabədidə yanğın nəticəsində mal-qara tələf olub

Bakı. 14 may. REPORT.AZ/ Gecə saatlarında Ağcabədi rayonunun Qaravəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2olan tövlədə yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tövlədə olan 8 baş iribuynuzlu heyvan yanaraq tələf olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34