Ağcabədidə vətəndaşdan silah-sursat götürülüb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın Ağcabədi rayonunda vətəndaşdan silah-sursat götürülüb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın rayon sakini Xosrov Əsədovdan 1 ədəd “Makarov” markalı tapança, 2 patron darağı və 142 ədəd müxtəlif çaplı patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54