​Ağcabədidə traktor yanıb

Bakı. 7 avqust. REPORT.AZ/ Ağcabədidə yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Ağcabədi şəhərində vətəndaşa məxsus "K-700" markalı traktorun salonu və 3 ədəd təkəri yanıb.

Traktorun qalan hissələri və qoşqusu yanğından mühafizə olunub.

Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37