Ağcabədidə traktor piyadanı vuraraq öldürüb

Ağcabədidə traktor piyadanı vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 1-də saat 18 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Təzəkənd kənd sakini Z.Məmmədov idarə etdiyi “MTZ-80” markalı traktorla yolun kənarı ilə gedən kənd sakini Abbas Abbasovu vurub. 

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. 

Ağcabədi Rayon polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31