Ağcabədidə Qarabağ müharibəsi əlilinə məxsus avtomobil yanıb - FOTO

Bakı. 6 noyabr. REPORT.AZ/ Ağcabədi rayonunda minik avtomobili yanıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Hindarx qəsəbəsində hərəkətdə olan "04-BG-421" dövlət qeydiyyat nişanlı "Oka" markalı avtomobil qəfildən alışaraq yanıb.

Əraziyə yanğınsöndürənlər cəlb edilib. İlkin fərziyyəyə görə, hadisəyə avtomobilin elektrik naqillərində nasazlığın yaraması səbəb olub. Qısa qapanmadan alışan avtomobil qısa zamanda yanaraq tamamiilə kül olub. Avtomobilin sürücüsü xəsarət almayıb.

Avtomobil Qarabağ müharibəsi əlilinə məxsusdur. Onun şəxsiyyəti hələlik məlum deyil.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14